Ölkə 17:00 23.12.2022

Ağdaşda ilginc olay: Vətəndaş ölüm faktını təsdiqləmək üçün məhkəməyə müraciət etdi

Ağdaş rayon sakini Muradov Murad Mustafa oğlu Rayon Qeydiyyat Şöbəsini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, vətəndaşın tələbi şəxsin ölmüş elan edilməsi barədədir. Məsələnin təfərrüatları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

İddia Ağdaş Rayon Məhkəməsinin hakimi Cavid Sultanovun icraatındadır.

Seyid