Xəbər lenti

Agentlik “Technest Təqaüd Proqramı”nın ödənişlərini niyə gecikdirir? - Rəsmi açıqlama
Ekonomiks 15:00 18.09.2024

Agentlik “Technest Təqaüd Proqramı”nın ödənişlərini niyə gecikdirir? - Rəsmi açıqlama

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılmış "Technest Təqaüd Proqramı”-nda tələbələrə dərs deyən müəllimlərin bir neçə aydır maaşlarını ala bilməməsi ilə bağlı sosial şəbəkələrdə xəbərlər var. Ödənişlərin bir çox kurslarda gecikdiyi bildirilir. Həmçinin IT Brains Academy-də də bu proqram çərçivəsində dərs tədris edən müəllimlər bir neçə aydır maaşlarını ala bilmədiklərini qeyd edirlər. 

Onlar bildirirlər ki, Nazirlik maaşları bir neçə aydır gecikdirdiyi üçün IT Brains Academy müəllimlərin iki aylıq maaşlarını öz hesablarına ödəyiblər. Bununla bağlı sosial şəbəkədə həmin müəllimlər Nazirliyə müraciət də ünvanlayıblar. "Technest Təqaüd Proqramı”-nda ödənişlər gecikdiyi üçün kurslar müəllimlərin maaşını verə bilmir. Bu da, tədris prosesinə maneə olur. 

Bəs ödənişlərin gecikməsi nə ilə əlaqədardır? Ödənişlə bağlı problem nə vaxt aradan qaldırılacaq?

Valyuta.az bununla bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sorğu ünvanlayıb. Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, ödəniş prosesi üzrə işlər hazırda aktiv şəkildə davam edir:

"Bu proses mərhələli olaraq aparılır və maliyyə sənədlərinin doğruluğu, uyğunluq üzrə yoxlamalar, eləcə də digər monitorinqlərin uğurla tamamlanmasından sonra icra edilir. Maliyyə prosesinin dəqiqliyini təmin etmək məqsədilə bu sənədləşmə proseduru standart olaraq tətbiq olunan bir prosesdir. Şəffaflıq prinsiplərinə əsaslanaraq, tələb olunan bütün sənədlər tam olmadan və ya sənədlərdə səhvlər olduqda, ödənişin həyata keçirilməsi mümkün deyil, müəyyən edilmiş qaydalara ziddir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->