Xəbər lenti

Dünya 20:28 10.04.2024

Şahzadə Keyt vəzifəsinin icrasına nə vaxt başlayacaq?

Şahzadə Keyt Middleton bu yay ictimaiyyət qarşısına çıxa bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "GB News" məlumat yayıb.

Martın 22-də Keyt Middleton xərçəngə yoluxduğunu və hazırda profilaktik kimyaterapiya kursunun ilkin mərhələsində olduğunu elan edib. O, xərçəngin qarın boşluğunda əməliyyatdan sonra aparılan müayinələr zamanı aşkar edildiyini bildirib. Kral eksperti Kameron Uolker hesab edir ki, şahzadə Uilyamın həyat yoldaşının səhhəti ona bəzi tədbirlərdə iştirak etməyə imkan verir.

"Şahzadənin yaxınlarından eşitdim ki, istəsə müəyyən tədbirlərə gələ bilər. Amma məncə, tam dövlət vəzifələrinə qayıtmaq bir az vaxt aparacaq", deyə Uolker bildirib.

Mütəxəssis əlavə edib ki, Keyt Middleton özünü yaxşı hiss etmək şərti ilə bu yay ictimaiyyət qarşısına çıxa bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->