Dünya 12:50 15.06.2022

Aİ, İsrail və Misir arasında önəmli müqavilə: Avropaya qaz ixracı başlayır

"Bu gün biz Avropa İttifaqı, Misir və İsrail arasında qazın Avropaya ixracına dair saziş imzalayırıq".

Qaynarinfo xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter" səhifəsinədə yazıb.

Avropa Komissiyasının rəhbəri "tvit"ində Avropa İttifaqına enerji təchizatını artırdığına görə İsrailə təşəkkür edib.

"Çərşənbə günü biz mühüm addım atacağıq. Bu, İsrail, Avropa İttifaqı və Misir arasında üçtərəfli qaz sazişinin imzalanmasıdır. Biz həmçinin dünyanı böyük ərzaq böhranından qorumaq üçün birlikdə çalışacağıq", deyə von der Leyen əlavə edib.

"Əl-Cəzirə" İsrail televiziyasına istinadən xəbər verib ki, İsrailin energetika naziri çərşənbə günü Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşərək İsrail qazının bu ölkə vasitəsilə Avropaya satılması yollarını müzakirə edəcək.

M.Arif