Xəbər lenti

Aİ-nin sanksiya tətbiq etdiyi Azərbaycan şirkəti kimə məxsusdur? - DETALLAR
Ekonomiks 13:52 19.07.2025

Aİ-nin sanksiya tətbiq etdiyi Azərbaycan şirkəti kimə məxsusdur? - DETALLAR

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində 18 xarici şirkətə, o cümlədən Azərbaycanın "Aqua Fleet Management” şirkətinə qarşı da sanksiya tədbiq edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, "Aqua Fleet Management" şirkəti 100 manat nizamnamə kapitalı ilə 2024-cü ilin avqusunda qeydə alınıb.

Sahibi İremadze Kaxaber olan şirkətin rəsmi ünvanı belədir: Sumqayıt şəhəri, Sülh küçəsi, 5-ci bina, 25-ci mənzil.

Şirkətin neftdaşıma fəaliyyəti ilə məşğul olduğu bildirilir. "Aqua Fleet Management"in adları "Saurri” və "Ederra” iki tankeri, "Temirro” adlı ümumi yük gəmisi fəaliyyət göstərir. Gəmilərin beynəlxalq sularda Kamerun bayrağı altında üzdüyü bildirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->