Dünya 17:44 23.01.2023

Aİ ölkələri İrana qarşı yeni sanksiyalarla bağlı razılığa gəldi

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İrana qarşı dördüncü sanksiyalar paketini təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” İsveçin Avropa İttifaqına sədrliyi "Twitter” səhifəsində məlumat yayıb.

Sanksiyalardan kimin təsirlənəcəyi məlum deyil.

"Aİ İran hakimiyyətinin dinc nümayişçilərə qarşı qəddar və qeyri-mütənasib güc tətbiqini qətiyyətlə pisləyir”, - diplomatik korpusdan bildirilib.

Reuters mənbələri Aİ-nin İranın sanksiyalar siyahısında 37 mövqeyinin olduğunu bildirib. Yanvarın 18-də Avropa Parlamenti də Aİ-ni İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu təşkilatlar siyahısına salmağa çağıran qətnamə qəbul edib. Buna cavab olaraq İran hakimiyyəti Aİ ordularını terror təşkilatı kimi tanıya bilər.

Bu gün Lüksemburqun xarici işlər naziri Jan Asselborn bildirib ki, Avropada ən azı bir məhkəmə bu təşkilatın ittifaq ərazisində terror aktı törətdiyini tanıyana qədər Avropa İttifaqı İİKK-nı terror təşkilatları siyahısına daxil edə bilməyəcək.

2022-ci ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı kütləvi etirazlar başlayıb. O, hicabı qüsurlu örtmək iddiası ilə əxlaq polis tərəfindən saxlanılıb. İran təhlükəsizlik qüvvələri qızın infarkt keçirərək huşunu itirdiyini iddia edir. Ailəsi onun döyüldükdən sonra öldüyünü bildirir.

Bundan başqa, İran pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükünə görə Qərb dövlətləri tərəfindən qınalınır. Rusiya həmin PUA-larla Ukraynanın mülki infrastruktura zərbələr endirir. Artıq bununla bağlı bir neçə hüquqi və fiziki şəxs Aİ və ABŞ-ın sanksiyalarına məruz qalıb.

Nizami Bağırov