Dünya 17:42 06.09.2022

Aİ ölkələrinin silah ehtiyatları tükənir - Borreldən çağırış

Avropa İttifaqı ölkələrinin silah ehtiyatları Ukraynaya tədarüklər səbəbindən ciddi şəkildə tükənib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.

O, Aİ-yə üzv dövlətləri ehtiyatlarını artırmağa çağırıb. Bundan əlavə, iqtisadi səbəblərdən Borrell bunu birgə etməyi təklif edir. O, həmçinin etiraf edib ki, Avropa Ukraynaya kömək etməyə bir il əvvəl, Aİ üzvlərinin bəziləri bunu tələb edəndə başlamalı idi. Onun sözlərinə görə, əgər bu, baş versəydi, Aİ indi "daha yaxşı vəziyyətdə" olardı.

Rusiya işğalı başlayandan Qərb ölkələri Ukraynaya silah, humanitar və maliyyə yardımı edir. Avropa ölkələri vətəndaşları həmçinin "Ukraynaya Bayraktar alaq” kampaniyasında iştirak edir, bu kampaniyada Türkiyə istehsalı pilotsuz uçuş aparatları üçün kraudfundinq hesabına vəsait toplanır.

Nizami Bağırov