Dünya 12:12 23.04.2023

Alimlər plastiki 140 gündə parçalayan göbələk kəşf etdi

Sidney Universitetinin tədqiqatçılar qrupu 140 gün ərzində plastiki məmulatları parçalaya bilən göbələk ştammlarını kəşf edib. Bu, plastikdən qurtulmağın ən sürətli yoludur.

Qaynarinfo "Science Alert"ə istinadən xəbər verir ki, göbələklər "Aspergillus terreus" və "Engyodontium albomu" növünə aiddir. Müşahidələr göstərir ki, 90 gün ərzində onlar plastik məmulatların 25-27%-ni məhv ediblər və tamamilə "təkrar emal etmək” üçün 140 gün lazım olub.

Dünyadakı bütün plastik tullantıların təxminən 1/3 polipropilendir. Butulkalar və qida qabları üçün qapaqlar hazırlanan zaman istifadə olunan davamlı materialdır. Təbiətdə onun parçalanmasının yüz illər çəkə biləcəyinə inanılırdı. Ancaq göbələklər bu müddəti əhəmiyyətli dərəcədə azalda bilər.

Avstraliyalı alimlər tərəfindən müəyyən edilmiş plastik parçalanma üsulu gələcəkdə sənaye miqyasında iş üçün optimallaşdırıla bilər. Lakin bu, plastik tullantıların azaldılması səylərini əvəz etməyəcək.

Dünyada hər il təxminən 300 milyon ton plastik istehsal edir ki, bunun da yarısı birdəfəlik istifadə üçün nəzərdə tutulub. Və 8 milyon tondan çox plastik okeana axır. Plastik ən əlçatmaz yerlərə belə çatıb: Sakit Okeanın ucqar adalarına və Mariana çökəkliyində yaşayan mikroorqanizmlərə belə...

Aydın