İdman 22:53 09.05.2023

Alman klubuna şok - 21 yaşlı basketbolçunun qanında narkotik tapıldı

Alman basketbolu narkotik qalmaqalı ilə çalxalanır.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, "Bavariya"dan "Çemnitz 99-ers"ə icarəyə verilmiş 21 yaşlı Ceyson Corcun aprelin 2-də "Rostok"la oyundan sonra dopinq testi zamanı qanında qadağan olunmuş stimullaşdırıcı maddə olduğu aşkarlanıb. Bunu Almaniyanın Antidopinq Agentliyi təsdiqləyib. 

"Bild"in məlumatına görə, Corcun sidiyində inanılmaz dərəcədə qadağan olunmuş ekstazi "Kristal meth" adlı dərmanların izləri tapılıb. Nəticədə basketbolçu pley-offda oynamaqdan uzaqlaşdırılıb. Bu vəziyyət gənc oyunçunun parlaq karyerasını təhlükə altına qoyub. Corcun "Bavariya" ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulmuşdu.
 
Fevralda Almaniya millisində debüt edən basketbolçu ilə bağlı həm "Bavariya" həm də hazırkı klubu "Chemnitz 99ers" şərh verməkdən imtina edib və məhkəmə prosesinin bitməsini gözlədiklərini bildiriblər. 

Səbuhi Həsənov