Dünya 18:30 20.03.2024

Almaniya Fələstin dövlətinin yaradılmasını dəstəklədi, amma şərt qoydu

Fələstin İsraildən ayrı bir dövləti olmalıdır, lakin silahlı qüvvələr olmadan. Bu, sülh yolunda mühüm addım olardı. 

Qaynarinfo xəbər verir ki, bunu Almaniyanın federal kansleri Olaf Şolts deyib.

Almaniya kansleri əlavə edib ki, Berlin, Brüssel, Vaşinqton və bir çox başqa paytaxtlar bu ərazidə iki dövlətin olması ideyasını fəal şəkildə təbliğ edirlər, çünki bu, münaqişənin həlli üçün lazımdır.

"Əlbəttə, danışıqlar yolu ilə həll olmalıdır. Və aydındır ki, biz öz silahlı qüvvələrinə malik olmayacaq bir dövlətdən danışırıq", deyə Şolts bildirib.

Onun sözlərinə görə, Fələstin Milli Administrasiyasında təcili islahatlara ehtiyac var. Ən azı 17 ildir ki, bu quruma seçkilər keçirilmir.

Aydın