Dünya 15:27 26.06.2023

Almaniya Litvada 4000 hərbçi yerləşdirəcək

Almaniya NATO-nun şərq cinahını gücləndirmək üçün uzunmüddətli perspektivdə Litvada əlavə 4000 hərbçi yerləşdirməyi planlaşdırır. 

Qaynarinfo DPA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Vilnüsdə mətbuat konfransı zamanı bildirib.

"Almaniya uzunmüddətli perspektivdə Litvada güclü briqada yerləşdirməyə hazırdır", deyə nazir qeyd edib.

Pistorius qeyd edib ki, əlavə hərbçilərin yerləşdirilməsi üçün Bundesver əsgərlərinin orada qalması üçün infrastruktur yaratmaq lazımdır. Pistoriusun sözlərinə görə, yerləşdirmə şərti həm də təlimlərin keçirilməsinin mümkünlüyü olacaq.

Bundan əvvəl Kanadanın milli müdafiə naziri Anita Anand bildirmişdi ki, Ottava da Latviyada əlavə qüvvələr yerləşdirmək niyyətindədir. O qeyd edib ki, Kanada Latviyada 15 "Leopard 2" tankından ibarət tank birliyi, eləcə də yardımçı heyət və texnika yerləşdirməyi planlaşdırır. Onun sözlərinə görə, əlavə qüvvələr 2023-cü ilin payızına qədər Baltikyanı respublikaya gəlməlidir.

Aydın