Dünya 13:30 31.10.2022

Almaniyada casusluq fəaliyyəti artıb - Əks-kəşfiyyat rəhbərindən xəbərdarlıq

Almaniya hərbi əks-kəşfiyyat xidməti (MAD) ölkədə xarici kəşfiyyat xidmətlərinin fəallığının artdığını bildirib.

Qaynarinfo xəbər verir ki, MAD prezidenti Martina Rosenberq DPA-ya verdiyi müsahibədə bunun Bundesver üçün təhlükə səviyyəsini də artırdığını vurğulayıb.

Onun sözlərinə görə, öz dövlətləri tərəfindən maliyyələşdirilən xarici kəşfiyyat xidmətləri məlumat əldə etmək və öz ölkələrinin maraqlarını həyata keçirmək üçün bütün resurslardan istifadə edir.

Rozenberq bildirib ki, Almaniya Rusiya və Çin kəşfiyyat orqanlarının işinə xüsusi diqqət yetirməlidir. O xatırladıb ki, son vaxtlar ölkədə dövlət hərbi obyektlərində casusluq etmək cəhdləri ilə bağlı bir neçə fakt qeydə alınıb. Xüsusən də Ukrayna hərbçilərinin təlim keçdiyi mərkəzin üzərində pilotsuz uçuş aparatları görünüb. Eyni zamanda MAD qeyd edir ki, casusluq fəaliyyəti müharibə başlamazdan əvvəl artıb.

Son aylar Avropada dövlət obyektlərində casusluqda şübhəli bilinən rusiyalıların saxlanması halları tez-tez baş verir. Artıq Norveçdə müxtəlif günlərdə 6 nəfər saxlanılıb. Onlardan birində Norveçdən hərbi helikopteri əks etdirən fotoşəkillər tapılıb.

Nizami Bağırov