Xəbər lenti

Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib  (VİDEO)
Video 19:33 30.06.2023

Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib  (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 4 qadının Pirsaat çayında qəflətən sel gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 4 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->