Dünya 15:14 04.02.2024

Amerikalı senator İsrail və HƏMAS arasında gərginliyi azaltmağın yolunu tapıb

Virciniyadan olan demokrat senator Tim Keyn deyib ki, İsrail və HƏMAS arasında münaqişənin gərginləşməsinin qarşısını almaq üçün ən yaxşı yol münaqişənin əvvəlində əsir götürülən girovların azad edilməsidir. 

HİT.az xəbər verir k, bu barədə MSNBC məlumat yayıb.

Keynin sözlərinə görə, saziş Yəməndəki husi üsyançıları, ABŞ və onun regiondakı müttəfiqləri arasında gərginliyin azaldılmasına da kömək edəcək.

"Mən hesab edirəm ki, indi gərginliyin azaldılması üçün yalnız bir yol var. Birləşmiş Ştatlar bunu ciddi şəkildə nəzərdən keçirməlidir və hələ də HƏMAS-ın əlində olan girovların azad edilməsi ilə bağlı sövdələşmələr çox vacibdir", deyə Keyn bildirib.

Senator qeyd edib ki, Yaxın Şərqdə deeskalasiyanın açarı girovların xilas edilməsidir. Onların azad edilməsi humanitar imperativ olmalıdır.

Bundan əvvəl "Al Arabiya" telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, İsrail və Fələstin qrupları arasında münaqişənin həllində vasitəçilər Qəzza zolağında 6 həftəlik atəşkəsin təmin edilməsini təklif edirlər.

Aydın