Xəbər lenti

Amerikalılar kiçik şəhərlərə qaçır - Rekord göstərici
Dünya 22:45 08.05.2024

Amerikalılar kiçik şəhərlərə qaçır - Rekord göstərici

2023-cü ildə ABŞ-da rekord sayda vətəndaş kiçik şəhərlər və ya kənd yerləri üçün meqapolisləri tərk edib. 

Qaynarinfo xəbər verir ki, "Bloomberg" bu barədə Virciniya Universitetinin tədqiqatçılarının hesablamalarına istinadən yazıb.

Demoqrafik tədqiqat qrupunun rəhbəri Hamilton Lombard qeyd edib ki, 291,4 min amerikalı 250 min nəfərdən az əhalisi olan şəhərlərdə yaşamağa üstünlük verib. Onun sözlərinə görə, meqapolislərdən belə köç 1970-ci illərdən bəri müşahidə olunmayıb.

Tədqiqatçılar bu vəziyyəti bir çox amerikalıların özünütəcrid zamanı şəhər mənzillərində qalmamaq üçün bağ evləri almağa başladığı COVID-19 pandemiyası zamanı başlayan tendensiyanın davamı kimi izah edir. Getdikcə daha çox insanın uzaqdan işləməsinə imkan verən texnologiyanın inkişafı bu tendensiyanı daha da sürətləndirib.

"2023-cü ildə ümumi iş günlərinin 1/3-i distant rejimdə keçirilib. Bundan əlavə, amerikalılar tarixən coğrafi cəhətdən daha mobil olublar və yeni yerləşmə onların həyat keyfiyyətini aşağı salmamağa imkan verərsə, əhalinin sıx məskunlaşdığı ərazilərdən getdikcə daha çox uzaqlaşmaq istəyirlər", deyə Lombard qeyd edir.

Amerikalıların meqapolisləri aktiv şəkildə tərk etməsi başqa bir tendensiyaya səbəb olub - bəzi şirkətlər insanları izləyir və yeni yerlərdə keçmiş şəhər sakinlərinə tanış olan biznesləri açmağa başlayır. Məsələn, tədqiqatçılar "Starbucks" şirkətini qeyd edirlər - 2021-ci ildə şirkət əvvəllər bu zəncirin heç bir müəssisəsinin olmadığı Cənubi və Orta Qərbdəki kiçik şəhərlərdə öz müəssisələrini açmağa başlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->