Dünya 18:51 04.08.2022

Ankaradan müftiliklərlə bağlı Afinanın yeni qanununa sərt reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Qərbi Trakyada müftilik işlərinin tənzimlənməsi istiqamətində hərəkətini türk azlığının hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirib və Afinanı təzyiq və hədə-qorxu siyasətinə son qoymağa çağırıb.

Qaynarinfo bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Qərbi Trakyadakı müftiliklərin leqallaşdırılması istiqamətindəki hərəkəti ilə bağlı açıqlama yayıb və Yunanıstanın Qərbi Trakyadakı türk azlıqların beynəlxalq müqavilələrdə (xüsusilə Lozanna müqaviləsi) təmin edilmiş hüquq və azadlıqlarını növbəti dəfə pozduğunu açıqlayıb. 

"Qərbi Trakya türk azlığının nümayəndələri ilə məsləhətləşmədən hazırlanan yuxarıda adı çəkilən qanun Qərbi Trakya türk azlığının seçilmiş müftilərinə və nəticədə onların iradə və dini inanclarına yenidən məhəl qoymamaq əmridir”, - XİN bildirib. 

Bəyanatın davamında deyilir: "Yunanıstan bu qanunun təsdiqi ilə soydaşlarımızın beynəlxalq müqavilələrdə, xüsusilə Lozanna müqaviləsində təmin edilən dini hüquq və azadlıqlarını pozmağa davam edir və bu qanunun qəbulu ilə bağlı qanunları pozmağa çalışır”.

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanı beynəlxalq qanunlara hörmətlə yanaşmağa, Lozanna Sülh Müqaviləsi və digər əlaqəli razılaşmalara əməl etməyə, Qərbi Trakyadakı türk azlığına qarşı təzyiq və hədə-qorxu siyasətlərinə son qoymağa çağırıb.

Lozanna müqaviləsinə görə, etnik azlıqlar Yunan Administrasiyasından müstəqil olaraq öz dini işlərini təşkil etmək və idarə etmək hüququ var. Lakin 1985-ci ildən bəri Yunanıstan hökuməti Lozannanın müvafiq maddələrini pozaraq, birbaşa müftiləri təyin edir. Yunan hökuməti bu təcrübəyə əsas kimi müftilərin təkcə dini deyil, həm də ictimai funksiyaları olduğunu iddia edir, ona görə də müftilərin təyinatı hökumət tərəfindən həyata keçirilməlidir. 

Yeni qanunun əvvəlki qanundan daha bir mühüm fərqi odur ki, 5-ci maddə ilə vəqflərin əmlakının idarə edilməsi səlahiyyətini müftilərin əlindən geri alınıb. Bunlara əlavə olaraq 2345 saylı qanunla digər müsəlman icmaları və türklərlə yazışmaların türkcə olmasına icazə 7-ci maddə ilə əvəz edilir. 7-ci maddə ilə rəsmi yazışmalar da yunan dilində aparılacaq.

M.Arif