Dünya 19:36 03.12.2022

Ankaranin tələbi icra edilməyə başladı: İsveç ilk PKK-çını Türkiyəyə ekstradisiya etdi

İsveç Türkiyədə qadağan olunmuş PKK üzvü Mahmut Tatanı Türkiyəyə ekstradisiya edib. Beləliklə, Stokholm NATO-ya daxil olmaq üçün Ankaranın tələblərini yerinə yetirməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, Türkiyənin NTV kanalının məlumatına görə, polis Tatanı saxlayaraq Türkiyəyə göndərib və o, orada mühakimə olunacaq.

Türkiyədə Tata terror fəaliyyətində ittiham olunur. 2015-ci ildə o, İsveçə sığınacaq üçün müraciət etsə də, onun müraciəti rədd edilib. Türkiyədə onu altı il on ay həbs gözləyir.

PKK Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti üçün mübarizə aparır. Təşkilat Türkiyə, ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınır. Xüsusilə, Ankara onu və Xalq Müdafiə Qüvvələri (AXQ) qrupunu noyabrın 21-də Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirməkdə ittiham edir. 

İsveç və Finlandiyanın NATO-ya qəbulu müttəfiqlər tərəfindən ratifikasiya mərhələsindədir. Yayda 30 müttəfiqin hamısı İsveç və Finlandiyanın alyansa qoşulmasına icazə verən üzvlük protokolunu imzalayıb. Türkiyə əvvəlcə Skandinaviya ölkələrinin alyansa daxil olmasının əleyhinə olsa da, üçtərəfli memorandum imzalandıqdan sonra etirazlarından əl çəkib. 

Nizami Bağırov