Ekonomiks 12:08 29.05.2023

Aqrar İnnovasiya Mərkəzinə təyinat oldu (FOTO)

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoruna yeni müavin təyin edilib.

Qaynarinfo-nun məlumatına görə, bu vəzifə Hüseyn Mehdiyə həvalə edilib.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü H.Mehdi bu təyinata qədər, yəni 2021-2023-cü illərdə Aqrar İnnovasiya Mərkəzinin "Layihələrin idarəedilməsi” şöbəsinin müdiri vəzifələrində çalışıb.