Ekonomiks 23:22 09.09.2022

Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin inşası dondurulub

Ermənistanda Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin inşası dondurulub.

APA xəbər verir ki, belə bir iddia ilə Ermənistan mətbuatı çıxış edib.

Bildirilir ki, müharibədən sonrakı ilk aylarda Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması dedikdə ilk növbədə sovet dövründə mövcud olmuş dəmir yolu xətlərinin bərpası nəzərdə tutulurdu. İndi isə məsələ gündəlikdən çıxarılıb və hazırda avtomobil yollarının inşasına üstünlük verilir. Son 4 ayda bu sahədə heç bir irəliləyiş olmayıb.