Dünya 13:56 26.01.2024

Argentina prezidenti məlumat sızdırdığına görə infrastruktur nazirini işdən çıxardı

Argentinanın infrastruktur naziri Gilermo Ferraro Nazirlər Kabinetinin iclasının məzmunu ilə bağlı məlumatların sızmasından sonra prezident Xavyer Miley tərəfindən vəzifəsindən azad edilib. 

Qaynarinfo TN telekanalına istinadla xəbər verir ki, "Clarin” qəzeti bir qədər əvvəl dərc etdiyi materialda həmin iclasda Mileyin hökumətin parlamentə göndərdiyi islahatlar paketi ilə qanun layihəsinə dəyişiklik tələb edən qubernatorları "bir pesosus qoymaq” niyyətini açıqlayıb.

Məlumatın sızmasına görə Ferraro günahlandırılıb.

Hökumət istefanı təsdiqləməsə də, Miley özü X sosial şəbəkəsində başqa bir istifadəçinin İnfrastruktur Nazirliyinin fəaliyyətini dayandıracağını və meqa İqtisadiyyat Naziri Toto Kaputonun idarə etdiyi departamentə çevriləcəyini bildirən yazısını bəyənib. Bu məlumat doğru çıxsa, Argentinada cəmi səkkiz nazirlik qalacaq. Miley ötən il dekabrın 10-da vəzifəyə gəldikdən sonra nazirliklərin sayını 18-dən 9-a endirib.

Bundan əvvəl, Mileyin 300 "şok" islahatları açıqlanıb. Söhbət dövlət başçısının iqtisadiyyatdakı vəziyyəti tənzimləmək üçün hazırladığı qanunlara və normativ aktlara dəyişikliklərdən gedir. Argentina hökuməti artıq bir sıra sənaye sahələrinə: şərabçılıq sektoruna, turizmə, kirayə mənzil bazarına və başqalarına müdaxilə edə bilməyəcək.

Alpər