Ölkə 19:07 10.05.2023

Arvadını fındıq sahəsində taxta parçası ilə döydü, məhkəmə isə...

Balakəndə arvadını fındıqlıq sahəsində tutaraq əlində olan taxta parçası ilə döyən ər saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1954-cü il təvəllüdlü Balakən rayonu Hənifə kəndin sakini Akif (şərti) yaşadıqları fərdi yaşayış evində arvadı Xatirə (şərti) ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 

Akif onu vurmaq üçün üzərinə hücum edib, həmin vaxt Xatirə evdən çıxaraq qaçıb. Akif evdən qaçan arvadını yaşadığı evin yan hissəsində olan fındıqlıq sahəsində tutaraq əlində olan taxta parçası ilə müxtəlif bədən üzvlərinə bir neçə dəfə vurub. Nəticədə qadın müxtəli dərəcəli bədən xəsarətləri alıb.

Xatirə bu barədə polisə şikayət edib. Polis Akif barəsində protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərib. 

Akif məhkəmədə həyat yoldaşı ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, işin icraatına xitam verilməsini xahiş edib.

Balakən Rayon Məhkəməsinin qərarı ilə Akif barədə işə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib cinayət məsuliyyətindən azad olunub.

Əhməd