Xəbər lenti

İdman 10:49 13.04.2024

"Aston Martin" ən yaşlı pilotla yeni müqavilə bağladı

"Aston Martin" ispan pilot Fernando Alonso ilə yeni müqavilə imzalayıb.
 
Qaynarinfo-nun məlumatına görə, açıqlamada Formula 1-də iki çempionluğu olan məşhur pilotun 2026-cı il mövsümünün sonuna qədər komandada qalacağı bildirilib.
 
2018-ci ildə F1-dən ayrıldıqdan sonra 2021-ci ildə yenidən yarışlara qayıdan Alonso "Alpine" komandasına dəvət olunmuşdu. O, 2023-cü ildə "Aston Martin"ə transfer edilib. F1-də ümumilikdə 384 Qran Priyə qatılan ispan pilot yarışın ən təcrübəli adı hesab olunur. 42 yaşlı ispaniyalı həm də 2024-cü il mövsümündə ən yaşlı pilotdur.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?