Maqazin 10:22 31.08.2022

"Atamın vəziyyəti çox pisdir, danışa bilmirəm..." - Xalq artistinin qızı

Xalq artisti Ənvər Həsənovun səhhəti yenə qəfildən pisləşib.

Bunu Qaynarinfo-ya açıqlamasında aktyorun qızı Aytən Həsənova deyib. O, atasının vəziyyəti ilə bağlı məlumat verərkən danışa bilmədiyini deyib:

"Danışa bilmirəm, atam çox pisdir”.

Qeyd edək ki, bir neçə gündür, Xalq artisti Ənvər Həsənovun səhhəti pisləşib. Bununla əlaqədar aktyor Mərdəkanda 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı onun koronavirusa yoluxduğu bildirilib. Heydər Əliytev Fondu onun müalicəsini öz üzərinə götürüb. 

 

Bahar Rüstəmli