Xəbər lenti

ATV-nin məşhur aparıcıları 20 il sonra bir arada (FOTOLAR)
Ölkə 11:49 01.08.2022

ATV-nin məşhur aparıcıları 20 il sonra bir arada (FOTOLAR)

Aparıcı Vüsalə Kərimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, o, şəxsi instaqram hesabında bir zamanlar çalışdığı ATV kanalındakı həmkarları ilə görünütlərini paylaşıb.

Vüsalə məşhur aparıcılarla çəkilən fotolarına bu sözləri əlavə edib:

"2002-ci ildən ATV-nin "Son Xəbər" informasiya proqramından tanıdığım ən dəyərlilərim, dostlarım, peşəkarlarım. Sizi çox sevirəm. Doğmalarımsınız. Hər biriniz ayrı-ayrılıqda televiziya təməli olacaq qədər peşəkarsınız. bu gün hər birimiz  başqa yerlərdə çalışsaq da, illər sonra bu gün bir araya gəldiyimiz kimi, bir qalxarsaq ölkənin xəbər prioritetini dəyişəcək gücdəyik. Yaxşı ki, varımsınız".

Tanınmış aparıcılar arasında Vüsalə Kərimova ilə yanaşı, Samirə Mustafayeva, Sənən Şəfizadə, Ceyhun Səfər, Günel Bəhramqızı Günay Yelmarqızı və digərləri olublar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->