Xəbər lenti

Aubameyanqın yeni klubu müəyyənləşdi
İdman 11:31 18.07.2023

Aubameyanqın yeni klubu müəyyənləşdi

Pyer-Emerik Aubameyanqın "Çelsi"dəki durumuna aydınlıq gəlib.

Qaynarinfo-nun məlumatına görə, İngiltərə təmsilçisindən kənarlaşdırılan qabonlu ulduz komandadan ayrılacaq. Artıq onun yeni klubunun da bəlli olduğu bildirilir.  Xarici mətbuatda yer alan xəbərlərə görə, "Çelsi" ilə vidalaşmağa hazırlaşan 34 yaşlı hücumçu "Marsel"lə anlaşıb.

Ölkənin məşhur nəşrlərindən olan "L'Equipe"in məlumatına görə, Aubameyanq "Marsel"lə üçillik müqavilə imzalayacaq. Son anda dəyişiklik olmazsa, təcrübəli hücumçu yeni mövsümdən Fransa komandasının uğurları üçün tər tökəcək.

Ötən mövsümün əvvəlində "Çelsi" ilə 2 illik müqavilə imzalayan hücumçu 21 oyunda meydana çıxıb, 3 qola və 1 məhsuldar ötürməyə imza atıb.

"Çelsi" qabonlu ulduzu "Barselona"dan 12 milyon avroya transfer edib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->