Xəbər lenti

Avropa bankları Rusiyaya müharibədən əvvəlkindən 4 dəfə çox vergi ödəyiblər
Dünya 14:59 29.04.2024

Avropa bankları Rusiyaya müharibədən əvvəlkindən 4 dəfə çox vergi ödəyiblər

Hələ də Rusiyada fəaliyyət göstərən ən böyük Avropa bankları 2023-cü ildə Rusiya büdcəsinə 800 milyon avrodan çox vergi ödəyiblər. Bu, Rusiyanın Ukraynaya hücumundan əvvəlkindən dörd dəfə çoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.

Rusiyadakı aktivlərinə görə Avropanın yeddi ən böyük bankı - Raiffeisen Bank International, UniCredit, ING, OTP, Commerzbank, Deutsche Bank və Intesa Sanpaolo 2023-cü ildə ümumilikdə 3 milyard avrodan çox mənfəət əldə etdiklərini bildiriblər. Bu, 2021-ci illə müqayisədə üç dəfə çoxdur.
"Financial Times”ın təhlilinə görə, gəlirlərin artımı Avropa banklarının 800 milyon avroya yaxın vergi ödəməsinə səbəb olub ki, bu da 2021-ci illə (200 milyon avro) müqayisədə dörd dəfə çoxdur.

Eyni zamanda, Avropa banklarının vergi ödənişlərinin yarıdan çoxu xarici kreditorlar arasında Rusiyada ən böyük iştiraka malik olan Avstriyanın Raiffeisen Bank International-ın payına düşür.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->