Dünya 14:22 14.07.2022

Avropa Birliyinindən Rusiyaya qarşı yeddinci sanksiya gəlir

Avropa Birliyi  bir həftə ərzində Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini açıqlamağa və təsdiqləməyə hazırlaşır.
 
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Avropa Birliyi rəsmiləri bildiriblər.
 
Yeddinci mərhələnin Rusiyadan qızıl idxalını qadağan edəcəyi və indiyə qədər olan sanksiyalardakı boşluqları dolduracağı gözlənilir. Bir neçə AB diplomatı Euractiv-ə bildirib ki, AB səfirlərinin yeni, yeddinci paketə hazırlıqları 14 və 15 iyulda davam etdiriləcək və çox güman ki, gələn həftənin ortalarına qədər üzv dövlətlər tərəfindən təsdiqlənəcək.

Yeni tətbiq olunacaq paketə Rusiyanın ən böyük qeyri-enerji ixracı olan qızılın idxalına qadağa daxildir. Bundan əlavə, yeni sanksiyalar paketi əvvəllər təsdiqlənmiş cəza tədbirlərinə, məsələn, qadağan olunmuş mallar siyahısına müəyyən məhsulların əlavə edilməsi ilə bağlı boşluqların aradan qaldırılmasını nəzərdə tutur. Bu paketin qəbulunu Fransa, Almaniya və İtaliya, ABŞ, Kanada, Yaponiya və Böyük Britaniya "Böyük 7”lərin sammitində razılaşdırıblar.

Nurlan Hüseynov