Dünya 12:19 04.11.2023

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə gəldi

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə gəlib. Bu gün o, Ali Radada çıxış edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak bildirib.

Xanım fon der Leyenin Kiyevə gözlənilən səfəri bir gün əvvəl, noyabrın 3-də məlum olub. Daha sonra Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Qonçarenko bildirib ki, Avropa Komissiyasının rəhbəri "Ukrayna üçün müsbət xəbər”lə gələcək. Cənab Qonçarenko onun səfərinin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara səbəb olacağını iddia edib.

Bununla belə, Ukraynanın "Strana.ua” nəşrinin mənbəsi nümayəndəni təkzib edərək "Aİ-yə üzvlüklə bağlı danışıqlardan danışmaq hələ tezdir” deyə vurğulayıb. "Əvvəlcə tövsiyələrin icrasına müsbət qiymət verilməlidir. Amma bu da sabah yox, gələn həftə baş verəcək. Sabah isə hansısa optimist siqnal olmalıdır”, - mənbə bildirib.

Daha əvvəl Reuters üç mənbəyə istinadən xəbər vermişdi ki, noyabrın 8-də Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlük yolunda irəliləyişinin qiymətləndirilməsini təqdim edəcək. Agentliyin mənbələri qeyd edib ki, eyni zamanda Ukraynaya Aİ-yə daxil olmaq üçün əlavə şərtlər verilə bilər. Xüsusilə, antikorrupsiya qanunvericiliyinin gücləndirilməsindən və milli azlıqlar haqqında qanunun əlavə işlənməsindən danışmaq olar.

Alpər