Xəbər lenti

Avropa Liqasının və Konfrans Liqasının final oyunları İstanbulda keçiriləcək
İdman 16:44 22.05.2024

Avropa Liqasının və Konfrans Liqasının final oyunları İstanbulda keçiriləcək

2026-cı il Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının final görüşləri Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunana iclasında qəbul edilib.

Avropa Liqasının həlledici görüşü "Tüpraş" stadionunda baş tuttacaq. Konfrans Liqasının final matçını qəbul edəcək stadionun adı isə açıqlanmayıb.

2026-ci ildə Çempionlar Liqasının finalına isə Macarıstanın paytaxtı Budapeşt ev sahibliyi edəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->