Xəbər lenti

Avropa Mərkəzi Bankı Ukraynaya “reparasiya krediti” üzrə zəmanətdən imtina etdi – FT
Dünya 17:54 02.12.2025

Avropa Mərkəzi Bankı Ukraynaya “reparasiya krediti” üzrə zəmanətdən imtina etdi – FT

Avropa Mərkəzi Bankı (AMB) Avropa Komissiyasının təklif etdiyi, dondurulmuş Rusiya aktivləri ilə təmin olunmalı 140 milyard avroluq "reparasiya krediti” üzrə Ukraynaya zəmanət verməkdən imtina edib.

Qaynarinfo "The Financial Times”a istinadla yazır ki, qərar bankın mandatından kənara çıxıldığı qənaətinə əsaslanır.

AMB-nin daxili təhlilinə görə, Komissiyanın təklifi faktiki olaraq üzv dövlətlərin maliyyə öhdəliklərinin Mərkəzi Bank tərəfindən qarşılanmasına bərabərdir. Bu isə iqtisadçıların "monetar maliyyələşmə” adlandırdığı təcrübədir və AB müqavilələrində qadağan olunur, çünki yüksək inflyasiyaya və tənzimləyiciyə etimadın azalmasına gətirib çıxara bilər.

Nəşrin məlumatına görə, AMB-nin mövqeyindən sonra Avropa Komissiyası 140 milyard avroluq kreditin dəstəklənməsi üçün müvəqqəti likvidlik təmin edəcək alternativ variantlar üzərində işləməyə başlayıb.

Ukraynaya reparasiya krediti ilə bağlı əsas məqamlar bunlardır:

• Rusiya Mərkəzi Bankının aktivləri 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Qərb ölkələri tərəfindən dondurulub.
• 2025-ci ilin oktyabrında Aİ liderləri sammit zamanı Avropada dondurulmuş Rusiya aktivlərindən 140 milyard avronun Ukraynaya reparasiya krediti kimi ayrılması planını razılaşdırmağa çalışıblar.
• Lakin böyük hissəsi Belçikada saxlanılan bu vəsaitə görə Belçika plana qarşı çıxıb.

Belçikanın baş naziri Bart de Vever bildirib ki, dondurulmuş Rusiya aktivlərindən istifadə planı potensial sülh sazişinə nail olmaq imkanlarını təhlükə altına qoya bilər.

Ukrayna isə Avropa tərəfdaşlarından dondurulmuş Rusiya dövlət aktivlərinə əsaslanan 140 milyard avroluq reparasiya kreditinin verilməsi barədə siyasi qərarın artıq dekabr ayında qəbul edilməsini tələb edir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->