Dünya 17:51 19.01.2023

Avropa Parlamenti SEPAH-ı terroçu təşkilatların siyahısına saldı

Avropa Parlamenti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terroçu təşkilatlar siyahısına daxil edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə bu gün qərar qəbul edilib. 

Avropa Parlamenti İranda insan hüquqlarının pozulmasında iştirak edən rəsmi şəxslərə qarşı sanksiyaların tətbiq olunması, SEPAH, onun subyektləri olan "Bəsic” və "Qüds” qüvvələrinin terroçu təşkilatlar siyahısına salınması ilə bağlı layihə hazırlamışdı. Layihə böyük səs çoxluğu ilə qəbul edilib. 

SEPAH İranda ən güclü hərbi-siyasi qurumlardan hesab olunub. Birbaşa İranın ali rəhbəri Seyid Əli Xamneyiyə tabedir. SEPAH-ın "Bəsic”, "Qüds”, "Hüseyniyyun” kimi alt qurumları da var. SEPAH həm də bəzi terror təşkilatları ilə əlaqəlidir. Xüsusilə, Livanda fəaliyyət göstərən "Hizbullah” təşkilatı az qala SEPAH-ın alt qurumu kimi tanınır. 

İranda 22 yaşlı Məhsa Əminin polis bölməsində ölümünə etiraz olaraq keçirilən aksiyaların yatırılmasında SEPA-ın alt qurumlarından, xüsusilə, "Bəsic”dən istifadə olunub. 

Seyid