Ekonomiks 09:36 20.06.2022

Avropalı diplomatlar Ukrayna taxılının ixracını müzakirə edəcək

Aİ-nin xarici işlər nazirlərinin Lüksmburq görüşündə Ukraynadan taxıl ixracı və Misirlə əlıqaələr əsas müzakirə mövzuları olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Brüsseldəki mənbə bildirib ki, Aİ Ukrayna taxılının gəmilərlə daşınması fikirini dəstəkləsə də, gəmilərin müşayiət olunması məsələsini araşdırmır. Həmçinin taxılın belarus ərazisindən ixracı da müzakirə predmeti olmayacaq.