Xəbər lenti

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başladı (VİDEO)
Maqazin 23:21 07.05.2024

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başladı (VİDEO)

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.


Qaynarinfo xəbər verir ki, birinci yarımfinalda 15 ölkə çıxış edəcək və onlardan 10-u əsas finala vəsiqə qazanacaq.


Azərbaycanı yarışmada təmsilçilər Fahree və İlkin Dövlətov "Özünlə apar” mahnısı ilə təmsil edirlər.


Onlar səhnəyə 12-ci çıxacaqlar. Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq.


Xatırladaq ki, "Avroviziya”nın 68-ci müsabiqəsi bu il mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.


 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->