Dünya 16:40 08.01.2024

Avstraliyadan 800 min dollarlıq kərtənkələ çıxarmaq istəyən qrup tutuldu

Avstraliya hüquq-mühafizə orqanlarının əməkdaşları ölkədən Honq-Konqa təxminən 1,2 milyon Avstraliya dolları (800 min dollardan çox) dəyərində kərtənkələ keçirməyə cəhd edən cinayətkar qrupu saxlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sydney Morning Herald" məlumat yayıb.

Qeyd olunur ki, ümumilikdə hüquq-mühafizə orqanlarının əməkdaşları hər birinin qiyməti orta hesabla 3,3 min dollar olan 257 kərtənkələ ələ keçirib.

Qəzetin yazdığına görə, polis sürünənlərin baytarların müayinəsi və daha sonra təbiətə buraxılması üçün zooparklara və vəhşi heyvan parklarına köçürüləcəyini bildirib.

Qrupun rəhbərinə qarşı cinayətkar qruplaşmaya rəhbərlik də daxil olmaqla 13 müxtəlif maddə ilə ittiham irəli sürülüb.

Aydın