Foto 09:25 21.02.2022

Avtoxuliqanlıq etdi, "Tik-Tok"da paylaşdı... (FOTO)

Balakəndə ictimai qaydanı və əhalinin dincliyini pozan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, şəhər sakini Asif Əzizov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün "Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb.

İntizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.