Ölkə 13:44 28.06.2022

Azad edilən ərazilərdə daha 56 mina aşkarlanıb (FOTO)

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Qaynarinfo-ya verilən məlumata görə, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 31 mina və 147 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 774 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.