İdman 18:57 09.05.2023

Azarkeşlərlə mübahisəyə görə 25 min dollar cərimələndi

NBA-da "Denver Nuggets"in formasını geyinən Nikola Jokiç matç zamanı tamaşaçılarla mübahisə etdikdən sonra meydandan kənarlaşdırılıb.

Qaynarinfo-nun məlumatına görə, basketbolçu oyun zamanı şifahi və fiziki mübahisə etdiyi üçün 25 min dollar cərimə olunub.

NBA-nın vitse-prezidenti və Basketbol Əməliyyatları rəhbəri Co Dumars verdiyi açıqlamada cəzanın Jokiçin azarkeşlərlə təması uyğun olmayan davranış kimi qiymətləndirildiyi üçün verildiyini bildirib.

Qərb Konfransının yarımfinal mərhələsinin dördüncü oyununda sona 2 dəqiqə 36 saniyə qalmış Jokiç meydançanı tərk edən və rəqib komandanın rəsmilərindən Mat İşbihanın əlinə keçən topu ondan almaq istəyərkən mübahisə edib. Topu vermək istəməyən klub rəsmisi ilə yanaşı Jokiç digər azarkeşlərlə də mübahisə edib. Bundan sonra ona texniki fol verilib. 

Jokiç bu mövsüm pley-offda 30,8 xal, 13,1 ribaund və 9,2 məhsuldar ötürmə ilə yadda qalıb.

Səbuhi Həsənov