Ölkə 09:24 19.10.2022

Azərbaycan ərazisində olan bütün erməni adları silindi

Azərbaycan ərazisində olan bütün ermənicə adlar "Google Maps”dən silinib.

Qaynarinfo xəbər verir ki, bütün bunlar "Google Maps” üzrə ekspert Elvin Hüseynov tərəfindən həyata keçirilib.

Onun sözlərinə görə, əvvəlcə Şuşanın ermənicə adı bütün dünya üzrə sistemdən çıxarılıb. Həmçinin daha sonra Azərbaycan Respublikası ərazisində olan digər bütün erməni adları da xəritədən silinib.