İdman 20:34 18.08.2022

Azərbaycan karateçisi İslamiadanın ikiqat qalibi oldu

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) V İslam Həmrəyliyi Oyunlarının kumite yarışlarında qızıl medal qazanıb.

Qaynarinfo xəbər verir ki, təmsilçimiz ikinci dəfə İslamiadanın qalibi olub. Belə ki, karateçimiz 2017-ci ildə Bakıda keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Millimizin digər üzvü Pənah Abdullayev isə (84 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib.