Xəbər lenti

Azərbaycan millisi  turnirinin qalibi oldu
İdman 19:59 02.12.2025

Azərbaycan millisi turnirinin qalibi oldu

Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən "FIFA Tri Nations Women"s Football Series 2025" turnirindəki ikinci oyununu da qələbə ilə başa vurub.

Qaynarinfo xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığmasını 2:1 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanıb.

Yığmanın qollarını Sevinc Cəfərzadə (19) və Esra Manya (84) vurublar.

Qeyd edək ki, yığma turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->