Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,05 dollar və ya 5,2% azalaraq 91,68 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,66 ABŞ dolları və ya 4,98 % azalaraq 88,88 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 85,96 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,11 dollar və ya 6,79% azalaraq 56,38 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər