Azərbaycan Premyer Liqasında bu gün 26-cı tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə "Kəpəz” Gəncədə "Zirə”ni qəbul edəcək. Komandalar Azərbaycan çempionatlarında 14 oyunda üz-üzə gəlib. Bunların 3-də "Kəpəz", 6-da "Zirə" qələbə qazanıb. Qalan 5 görüş heç-heçə nəticələnib. Top fərqli "Zirə"bnin xeyrinədir - 14:20.
Günün digər qarşılaşmasında "Sumqayıt" səfərdə "Sabah”ın qonağı olacaq. Komandalar 17 oyunda qarşılaşıblar. Bunların 8-də "Sabah", 6-da "Sumqayıt" qələbə qazanıb. Qalan 3 qarşılaşma heç-heçə bitib. Top fərqində "Sabah"ın aşkar üstünlüyü var – 29:19
15:00. "Kəpəz” – "Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Gəncə şəhər stadionu
19:00. "Sabah” – "Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"Bank Respublika Arena”
"Qarabağ" - 65, "Sabah" - 56, "Neftçi" - 52, "Zirə" - 36, "Qəbələ" - 32, "Turan Tovuz" - 26, "Sumqayıt" - 21, "Kəpəz" - 20, "Şamaxı" - 20, "Səbail" - 17
Səbuhi Həsənov
Şərhlər