İdman 10:58 12.05.2022

Azərbaycan Premyer Liqasında 16-cı turdan təxirə salınmış görüş keçiriləcək

Bu gün Azərbaycan Peremyer Liqasında 16-cı turdan təxirə salınmış "Qarabağ" - "Sumqayıt" qarşılaşması keçiriləcək.
 
Qaynarinfo xəbər verir ki, vaxtından əvvəl çempionluğu təmin edən "köhlən atlar" üçün bu qarşılaşma formal xarakter daşıyacaq. Ötən tur evdə "Şamaxı"nı məğlub edən sumqayıtlılar isə qələbə qazanacağı təqdirdə xallarının sayını 21-ə çatdıracaq. 

Görüşü izləmək istəyən azarkeşlər bu gün saat 12:00-dan etibarən biletləri əldə edə bilər. Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.
 
Azərbaycan Premyer Liqası
 
16-cı turdan təxirə salınmış oyun

12 may

19:00. "Qarabağ" – "Sumqayıt"

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
"Azersun Arena".
 
"Qarabağ" - 60, "Neftçi" - 50, "Zirə" - 43, "Qəbələ" - 41, "Sabah" - 39, "Şamaxı" - 21, "Sumqayıt" - 18, "Səbail" - 15

Səbuhi Həsənov