İdman 10:56 03.03.2023

Azərbaycan Premyer Liqasında 25-ci tura start verilir

Azərbaycan Premyer Liqasında bu gün 25-ci tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə ilk oyun günündə bir qarşılaşma baş tutacaq. 

"Şamaxı" səfərdə "Zirə"nin qonağı olacaq. Komandalar indiyədək ölkə çempionatında 29 dəfə üz-üzə gəlib. Bunların 11-də paytaxt klubu, 6-da bölgə təmsilçisi qələbə qazanıb. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də "qartallar"ın aşkar üstünlüyü var - 34:27. "Şamaxı" son 10 oyunda "Zirə"yə qalib gəlməyib. Bakılılar ardıcıl 7 matçda qol buraxmayıblar.

Azərbaycan Premyer Liqası

25-ci tur

3 mart (cümə)

17:00. "Zirə" - "Şamaxı"
 
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.

"Qarabağ" - 62, "Sabah" - 53, "Neftçi" - 49, "Zirə" - 35, "Qəbələ" - 32, "Turan Tovuz" - 26, "Kəpəz" - 20, "Şamaxı" - 19, "Sumqayıt" - 18, "Səbail" - 17

Səbuhi Həsənov