İdman 16:08 15.03.2023

Azərbaycan Premyer Liqasında 27-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk matç Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək. Komandalar indiyədək ölkə çempionatlarında 41 dəfə üz-üzə gəliblər. Bunların 31-də "köhlən atlar", 5-də "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb. Daha 5 görüşdə isə bərabərlik qeydə alınıb. Topların nisbətində də qonaqların aşkar üstünlüyü var - 96:19.

Duigər oyunda "Sabah" səfərdə "Zirə"nin qonağı olacaq. Meydan sahibləri 59 xalla ikinci, "qartallar" 37 xalla dördüncüdür. Tərəflər Premyer Liqada 17 dəfə görüşüblər. Əvvəlki qarşılaşmaların 8-də "bayquşlar", 4-də isə "Zirə" meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Sabah" üstündür - 26:21.

Azərbaycan Premyer Liqası

27-ci tur

18:00. "Sumqayıt” – "Qarabağ”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
VAR hakimləri: Elçin Məsiyev, Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Kapital Bank Arena”

20:30. "Zirə” – "Sabah”

Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
VAR hakimləri: Tural Qurbanov, Eyyub İbrahimov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

"Qarabağ" - 68, "Sabah" - 59, "Neftçi" - 55, "Zirə" - 37, "Qəbələ" - 33, "Turan Tovuz" - 27, "Sumqayıt" - 21, "Kəpəz" - 20, "Şamaxı" - 20, "Səbail" - 17

Səbuhi Həsənov