İdman 10:08 02.05.2023

Azərbaycan Premyer Liqasında 32-ci tura derbi ilə yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tur başa çatacaq.
 
Qaynarinfo-nun məlumatına görə, turun son qarşılaşmasında "Neftçi" "Qarabağ"la qarşılaşacaq. "Bakcell Arena"da, saat 20.00-da keçiriləcək matçı İnqilab Məmmədov idarə edəcək.

Komandalar indiyədək ölkə çempionatında 90 dəfə üz-üzə gəlib. Bunların 23-də "Neftçi", 36-da "Qarabağ" meydandan 3 xalla qalib gəlib. Qalan 31 görüşdə heç-heçə qeydə alınıb. Top fərqində "Qarabağ" üstündür - 112:81. "Qarabağ" son 3 səfər matçında qələbə qazanıb. "Neftçi" son 7 qarşılaşmada rəqibini məğlub edə bilməyib.

Azərbaycan Premyer Liqası, 32-ci tur

2 may
 
20:00. "Neftçi" - "Qarabağ"
 
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bakcell Arena".

Turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb
 
"Kəpəz" - "Sumqayıt" - 0:1
"Sabah" - "Şamaxı" - 1:0
"Qəbələ" - "Səbail" - 2:3
"Zirə" - "Turan Tovuz" 1:3

"Qarabağ" - 78, "Sabah" - 74, "Neftçi" - 61, "Qəbələ" - 48, "Zirə" - 42, "Turan Tovuz" - 32, "Kəpəz" - 29, "Sumqayıt" - 28, "Şamaxı" - 23 "Səbail" - 22
 
Səbuhi Həsənov