İdman 09:57 27.05.2023

Azərbaycan Premyer Liqasında mövsümün son turuna start verilir

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu - 36-cı turuna start veriləcək.
 
Qaynarinfo-nun məlumatına görə turun ilk oyun günündə üç qarşılaşma baş tutacaq.
 
"Sumqayıt" - "Zirə" və "Qəbələ" - "Kəpəz" görüşləri eyni vaxtda başlayacaq. Günün sonuncu qarşılaşması isə 20.00-da "Səbail"lə "Şamaxı" arasında baş tutacaq.  

Çempionatın autsayderləri olan "Səbail" və "Şamaxı"nın görüşündən sonra Premyer Liqada kimin qalacağı müəyyənləşəcək. Şahin Diniyevin komandasına bunun üçün heç-heçə də kifayət edəcək. "Şamaxı" isə Birinci Diviziona düşməmək üçün mütləq qələbə qazanmalıdır.

Azərbaycan Premyer Liqası, 36-cı tur

27 may

17:30. "Sumqayıt" - "Zirə"

17:30. "Qəbələ" - "Kəpəz"

20:00. "Səbail" - "Şamaxı"

"Qarabağ" - 87, "Sabah" - 81, "Neftçi" - 65, "Qəbələ" - 49, "Zirə" - 47, "Turan Tovuz" - 39, "Kəpəz" - 30, "Sumqayıt" - 28, "Səbail" - 26, "Şamaxı" - 25
 
Səbuhi Həsənov