İdman 00:04 22.05.2022

Azərbaycan Premyer Liqasının bombardiri bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün bombardiri bəlli olub.

Qaynarinfo xəbər verir ki, bu mükafata "Qarabağ”ın futbolçusu Kadi Borqes yiyələnib.

26 yaşlı braziliyalı legioner mövsümdə 12-ci qolunu "Neftçi"ni 4:1 hesabı ilə məğlub etdikləri sonuncu - XXVIIII tur matçında vurub.

Bununla da Azərbaycan çempionatları tarixində 7-ci dəfə "Qarabağ”ın oyunçusu bombardir adına sahib çıxıb.