Ekonomiks 13:09 25.09.2022

Azərbaycan son 8 ayda ən çox hansı ölkəyə məhsul göndərib?

Cari ilin yanvar-avqust aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya bildirilib ki, səkkiz ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb. İtaliyaya ixrac 12 milyard 828,2 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 457 milyon dollar, Hindistana isə 1 milyard 378,6 milyon dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında isə ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 13 milyard 31,2 milyon dollar, Türkiyə ilə 3 milyard 882,1 milyon dollar, Rusiya ilə 2 milyard 197,3 milyon dollar təşkil edib.