Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.
Qaynarinfo xəbər verir ki, bu, "Qarabağ"ın "Sürix" üzərindəki qələbəsi (3:2) ölkəmizin aktivinə daha 0,250 xal gətirib. Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,500-ə, son 5 mövsümdə isə 13,125-ə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,000 xalla Polşa qərarlaşıb.
Azərbaycanın bu turnirdəki təmsilçiləri "Neftçi", "Zirə" və "Qəbələ" isə yarışa II təsnifat mərhələsindən start verəcəklər.
Səbuhi Həsənov
Şərhlər